Angela Merkel: "Yunanıstana 86 milyard avro ayrılacaq"
Yunanıstana yardım proqramı 3 il ərzində 86 milyard avronun ayrılmasını nəzərdə tutur.
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Angela Merkel avrozona ölkələri liderlərinin Brüsseldə keçirilən sammitindən sonra bəyan edib.
Merkel bildirib ki, avrozonaya daxil olan ölkələr Yunanıstanın borc yükünü yüngülləşdirməyə hazır olsalar da, borcun silinməsindən söhbət getmir. O əlavə edib ki, Yunanıstan banklarının təkrar kapitallaşdırılması üçün 25 milyard avro lazımdır.
Merkel həmçinin qeyd edib ki, Yunanıstan parlamenti iyulun 15-dək ƏDV islahatı, Milli Statistika Agentliyinin yenidən qurulması və pensiya sistemində dəyişikliklərlə bağlı müvafiq qanunlar qəbul etməlidir. Onun sözlərinə görə, yalnız bundan sonra avrozona ölkələrinin milli parlamentlərində Yunanıstana üçüncü yardım proqramına dair səsvermə keçirilə bilər.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb