Masallıda Park-Bulvar tikilir
Astaradan sonra Masallı şəhərinin də öz Park-Bulvarı olacaq.
Masallı Rayon İcra Hakimiyyəti aparatından APA TV-nin cənub bürosuna verilən məlumata görə, obyektin inşasına ötən ilin oktyabr ayından start verilib. Lakin Viləşçayda suyun səviyyəsi çoxaldığından, işlər müvəqqəti olaraq dayandırılıb. 2015-ci ilin mart ayından tikinti işləri yenidən davam etdirilib.
Hazırda çayın yataq hissəsində qazma və betonlama işləri aparılır. Bəndin hər iki tərəfdən hündürlüyü 3,70 metr, çayın iki sahili arasındakı məsafə isə 10 metr olacaq.
Park ilkin mərhələdə 7 hektar ərazini əhatə edəcək və 1,5 km uzunluğunda olacaq. Sonrakı mərhələdə parkın uzunluğu 5 kilometrədək uzadılacaq.
Park-Bulvarda həmçinin bir sıra obyektlər, o cümlədən uşaq əyləncə mərkəzi, mini-futbol və voleybol meydançaları tikilərək sakinlərin ixtiyarına veriləcək. Parkın bir hissəsində qədim Masallını özündə əks etdirən guşə də olacaq.
Park-Bulvarın üzərində piyadaların keçidi üçün 3 körpü inşa ediləcək, suyun artırılıb-azaldılması üçün qurğular yerləşdiriləcək. Əhali park ərazisində qayıqla gəzintiyə də çıxa biləcək.
Masallının simasını dəyişəcək Park-Bulvarın 2016-cı ilin ortalarında istifadəyə veriləcəyi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb