Mingəçevirdə təcili yardım maşını qəzaya uğradı: iki yaralı
Mingəçevir şəhərində xəstəxanaya xəstə aparan təcili yardım avtomobili qəzaya düşüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər şəhərin Günəşli yaşayış massivində qeydə alınıb.
Mingəçevir şəhər sakini Əlfi Şükürovun idarə etdiyi, Mingəçevir şəhər Təcili Tibbi Yardım stansiyasına məxsus 90 JX 689 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil qarşı tərəfdən gələn 99 AM 835 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub.
Hadisə zamanı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılan xəstə, 1979-cu il təvəllüdlü Nadirə Fadil qızı Paşayeva və onun yanındakı qohumu, 1960-cı il təvəllüdlü Mahir Alməmməd oğlu Kərimov xəsarət alıb.
Qeyd edək ki, xəstəxanaya aparılan Nadirə Paşayeva sulfat turşusu içərək zəhərləndiyi üçün xəstəxanaya aparılırmış.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb