Maştağada qətl: oğlunun toyuna hazırlaşan kişi öldürüldü
Bakıda qətl hadisəsi baş verib. Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlovun APA TV-yə verdiyi məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
1972-ci il təvəllüdlü Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Müseyib Ramiz oğlu Həsənov evinin qarşısında qonşusu, 1949-cu il təvəllüdlü Şamil Səməd oğlu Kərimovla mübahisə edib. Daha sonra evdəki bıçağı götürərək qonşusunun ürək nahiyəsindən bir neçə zərbə endirməklə onu qətlə yetirib.
Saxlanılan şəxs ilkin ifadəsində bildirib ki, qonşusu mərhum Şamil Kərimovla ədavətli olublar. Mərhum peyin iyi gəldiyindən, Həsənova evində olan tövləni sökməyi təkid edib. Tövlə sökülsə də, Kərimovla ədavət davam edib. Ötən gün qonşular küçədə rastlaşıblar və bu zaman mərhum Kərimov qonşusunu görən kimi yerə tüpürüb. Bunu özünə təhqir hesab edən Həsənov evdən gətirdiyi bıçaqla qonşusunu qətlə yetirib.
Qeyd edək ki, hadisədə təqsirli bilinən Müseyib Həsənov iyulun 21-i qızının nişanına, mərhum Şamil Kərimov isə gələn ay oğlunun toyuna hazırlaşırdı.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb