Yayda susuz, qışda su altında...
İşğal altındakı Sərsəng su anbarınnın vəziyyəti ilə bağlı Tərtərdə müxtəif ölkələrdən olan alim və mütəxəssislərin iştirakı ilə beynəlxalq konfrans keçirilib. Konfrnsda bildirilib ki, erməni tərəfi su anbarından birgə istifadə kimi hiyləgər ideya ortaya atıb və çalışır ki, bunu hər iki tərəfin dinc əhalisini sülhə hazırlama layihəsinin tərkib hissəsi kimi təqdim etsin. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, faktiki vəziyyət beynəlxalq aləmi də ciddi narahat edir. Almaniya Bundestaqının sabiq deputatı Haqqı Kəskinsə bildirir ki, Ermənistan Birləşmiş Millətlər Təşkilatının, Avropa Birliyinin, Avropa Parlamentinin, Almaniya Parlamentinin qərarlarına məhəl qoymur. Qışda Sərsəngdən axıdılan su qoşunların təmas xəttinə yaxın yaşayış yerlərində su basmalara səbəb olur. Evlərdə və əkin sahələrində suya ehtiyac olduğu halda isə suyun qarşısı kəsilir.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"