“İnter” Avropa Liqasında növbəti səddi keçdi
Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmalardan biri də Bakıda baş tutub.
Topaz Premyer Liqasının gümüş mükafatçısı “İnter” öz meydanında Albaniya “Laçi”sini sınağa çəkib.
Ötən həftə səfərdə keçirdiyi qarşılaşmada qollu heç-heçəyə (1:1) nail olan bakılılar əldə etdiyi cüzi üstünlüyü qorumağa nail olublar. Belə ki, Zaur Svanadzenin yetirmələri qol vurmadan da mərhələ adlaya biliblər. Bu, səfərdə vurulan qol sayəsində mümkün olub.
Ardıcıl 3 mövsüm I təsnifat mərhələsini uğurla keçən “İnter” “Laçi” səddini də adlayaraq, uğurlu seriyasını 4-ə çatdırıb.
OXŞAR XƏBƏRLƏR
17:47
882
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1130
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1168
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1385
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2126
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2042