Tovuzlu sürücü rayonu işıqsız qoydu
Tovuzda iki nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Heydər Əliyev prospektində, dörd yolayrıcında qeydə alınıb.
İşıqforun qırmızı işığını gözləmədən yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil əvvəlcə "VAZ-2106" ilə toqquşub, daha sonra isə yol kənarındakı 3 ədəd elektrik dirəyini aşırıb. Nəticədə şəhərin bir hissəsi elektrik enerjisiz qalıb.
Zərbənin təsirindən "Mercedes" markalı avtomobil çevrilib, bu zaman beton dirək naqillərlə birgə maşının üstünə düşüb. Yüksək gərginlikli xətt xoşbəxtlikdən avtomobildə yanğın, partlayışa səbəb olmayıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza törədən avtomobildə olanlardan iki nəfər Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Müxtəlif bədən xəsarətləri alan Əlimərdanlı kənd sakinləri - 22 yaşlı İlqar Məmmədov və 25 yaşlı Elvin Nəsirov ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb