Lənkəranda qardaş qardaşı bıçaqladı
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
Hüquq-mühafizə orqanlarından APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə rayonun Təngivan kəndində qeydə alınıb.
Kənd sakini Hümmət Şahan oğlu Əliyev şəxsi münasibətlər zəminində onunla qonşuluqda yaşayan qardaşı Habil Əliyevə bıçaqla xəsarətlər yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müvafiq tibbi yardımdan sonra onun vəziyyətinin hazırda stabil olduğu bildirilir.
Hadisəni törədən Hümmət Əliyev polis tərəfindən saxlanılıb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:47
882
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1130
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1168
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1385
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2126
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2042