Tovuz sakinini ilan sancdı
Tovuzda 33 yaşlı kişini ilan sancıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Kənd sakini, 1982-ci il təvəllüdlü Elbrus Abbasov əkin sahəsində işləyərkən qəfildən ilan onun ayağına dolaşıb. Sürünəndən canını qurtarmağa çalışan 33 yaşlı kişi onu öldürməyə cəhd etsə də, ilan onun əlindən sancıb. Yaralı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona zəhər əleyhinə vaksin vurulub. Həkimlər Elbrus Abbasovun vəziyyətinin kafi olduğunu bildiriblər.
Qeyd edək ki, son bir ayda regionda 10 nəfəri ilan sancıb ki, onlardan da 8-i Tovuz rayonunun payına düşür. İlansancma halları əsasən vətəndaşlar sahələrdə işləyərkən baş verir.
OXŞAR XƏBƏRLƏR
17:47
898
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1147
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1181
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1388
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2128
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2044