Bakıda iki qardaş bıçaqlandı
Bu gecə Bakıda iki qardaş bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə Nizami rayonu ərazisində, metronun "Neftçilər" stansiyası yaxınlığındakı parkda baş verib.
32 yaşlı Fail Malik oğlu Rəhimov və qardaşı, 24 yaşlı Baladadaş müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlər Baladadaş Rəhimova döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, qardaşı Failə isə başın alın nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyublar. Hər iki xəstə əməliyyat olunub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırmalara başlanılıb. Məlum olub ki, qardaşları aralarında yaranan mübahisə zamanı öz tanışları vurub. Faktla bağlı cinayət işi açılıb. Polis əməkdaşları şübhəli şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb