Bakı sakininə qarşı 180 min dollarlıq dələduzluq iddiası!
Bakı sakini ona qarşı külli miqdarda dələduzluq edildiyini bildirib.
Binəqədi Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, zərərçəkən şəxs - Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Natiq Alı oğlu Hümbətov 7-ci Polis Bölməsinə yazılı ifadəsində bildirib ki, uzun müddət bərabər biznes fəaliyyəti göstərdiyi tanışı, 1977-ci il təvəllüdlü İlham Dilqəm oğlu Məmmədova 180 min ABŞ dollarını şərik obyekt almaq üçün verib. İlham Məmmədov isə onun etibarından sui-istifadə edərək 180 min ABŞ dollarını alaraq qaytarmayıb.
Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov APA TV-yə bildirib ki, 180 min dolların dələduzluq yolu ilə əldə olunması iddiası araşdırılır. Məsələdə adı hallanan şəxs 7-ci Polis Bölməsinə dəvət olunsa da, bölməyə gəlməyib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb