Azərbaycanda altı özəl tibb müəssisəsinin fəaliyyəti dayandırıldı
Azərbaycan Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində yoxlamalar aparıb.
APA TV-nin nazirliyin saytına istinadən verdiyi məlumata görə, özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlərin göstərilməsinin vaxtında qarşısının alınması istiqamətində keçirilən yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində qanun pozuntuları aşkar olunub və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülüb.
Bu ilin birinci yarım illiyində aparılmış yoxlamalar nəticəsində altı özəl tibb müəssisəsinin - “VİP Dental” MMC, “Loğman Klinikası” MMC, “İnvitro” MMC, “Starmed” MMC, “Faiq-96” Müəssisəsi, “Nihat Klinikası” MMC-nin fəaliyyəti müəyyən olunmuş tarixədək dayandırılıb.
Üç özəl tibb müəssisəsinə - “Zaman Tibb Mərkəzi” MMC, “Assmed” MMC, “Medservis” verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidmət tam çıxarılaraq yalnız poliklinik xidmət saxlanılıb.
Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 özəl tibb müəssisələri və tibbi xidmət göstərən fiziki şəxslər barəsində cərimə tətbiq edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb