Zaqatalada dəhşət: bir ailənin altı üzvü qarpızdan zəhərləndi
Zaqatalada altı nəfərdən ibarət ailə qarpızdan zəhərlənib.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Çobankol kənd sakini olan Musayevlər ailəsinin altı üzvü xəstəxanaya yerləşdirilib.
1952-ci il təvəllüdlü Pəri Qurban qızı Musayeva, onun oğlu, 1976-cı il təvəllüdlü Mustafa Nəzirməmməd oğlu Musayev, Mustafa Musayevin həyat yoldaşı, 1980-ci il təvəllüdlü Təbrik Merhan qızı Musayeva və Mustafa Musayevin üç övladı - 1999-cu il təvəllüdlü Gülbikə, 2001-ci il təvəllüdlü Günel və 2014-cü il təvəllüdlü Sirac iyulun 8-i saat 02.30 radələrində zəhərlənmə əlamətləri ilə xəstəxananın qəbul şöbəsinə daxil olublar.
Həkim müayinəsi və araşdırmadan sonra məlum olub ki, ailə qarpızdan zəhərlənib. Tibbi yardım göstərildikdən sonra onların vəziyyəti stabilləşib, müalicələri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb