Qəza törədib hadisə yerindən qaçdı: 2 yaralı
Gecə saatlarında Bakının Xətai rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin xəbərinə görə, hadisə Köhnə Günəşli qəsəbəsində, İnqilab İsmayılov küçəsi-46 ünvanında qeydə alınıb.
Həmin küçə ilə yüksək sürətlə hərəkətdə olan “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü idarəetməni itirib və “Hyundai” markalı minik maşını ilə toqquşub. Daha sonra "Toyota" yoldan çıxaraq ağaclara çırpılıb.
Qəza zamanı ağacların arası ilə piyada gedən adı məlum olmayan şəxs və "Hyundai"n sürücüsü, 34 yaşlı Elşən Rasim oğlu Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə gələn Xətai Rayon Polis İdarəsinin əməkdaşları müvafiq ekspertiza təyin ediblər. Şahidlərin sözlərinə görə, "Toyota"nı idarə edən gənc və sərnişinləri qəzadan sonra hadisə yerindən uzaqlaşıblar. Yararsız hala düşən avtomobillər isə evakuator vasitəsilə cərimə meydançasına aparılıb.
Hadisənin dəqiq səbəbi avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb