Zaqatalada gənclərin Respublika Şahmat Olimpiadası keçirilir
Zaqatalada gənclər arasında Respublika Şahmat Olimpiadası keçirilir. APA TV-nin məlumatına görə, 6-16 iyul tarixlərində davam edəcək Respublika Şahmat Olimpiadasında ölkənin 52 şəhər və rayonunu təmsil edən 16 yaşadək 500-dən çox yeniyetmə gənc şahmatçı iştirak edir.
Respublika Şahmat Federasiyasının nümayəndələri və gənc şahmatçılar öncə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Heydər Əliyevin abidəsini ziyarət ediblər. Olimpiada A və B qrupları üzrə aparılacaq. A qrupunda 13-16 yaş, B qrupunda isə 8-12 yaş həddində olan yeniyetmə gənclər öz bacarıqlarını nümayiş etdirəcəklər. Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılovdur.
Respublika Şahmat Olimpiadasının keçirilməsində məqsəd bacarıqlı yeniyetmələrin üzə çıxarılması, şahmatın inkişafı və gələn il Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına hazırlıqdır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb