Vyanada "İran nüvəsi" səssizliyi: tərəflər şübhəli danışır
Vyanada Tehranla "altılıq" ölkələri arasında İranın nüvə proqram ilə bağlı danışıqları davam edir.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, yekun qərar sabah verilməlidir.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə komissarı Federiko Moqerini proses barədə açıqlama verib: "Tərəflər məsəlinin uzadılmasını istəməsələr də bu istisna deyil. Amma düşünürəm ki, biz ən əlverişli nöqtəyə gəlib çatmışıq. Məsələ zamanla bağlı deyil, siyasi məsələləri bir daha nəzərdən keçirib müsbət qərar verməliyik".
"Hər iki tərəf üçün həssas olan məsələlərin də qaldığını qeyd edən diplomat məhz bu məqamlar hər şeyi məhv edə bilər". Bu açıqlamanı isə ABŞ-ın dövlət katibi Con Kerri verib. "Biz danışıqlarda inkişafı hiss edirik, amma bir sözü demək istəyirəm. Bəzi məsələlərdə hələ nəzərdə tutduğumuz nöqtəyə gəlib çatmamışıq" - deyə, o əlavə edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb