Yunanıstanda referendum: xalq borcların qaytarılmasına “yox” dedi
İyulun 5-də Yunanıstanda kreditorların təklif etdiyi qənaət proqramına dair referendum keçirilib.
APA-nın xəbərinə görə, əhalinin əksəriyyəti proqrama “yox” deyib. Referendumda seçicilərin 62,5 faizi iştirak edib. Onların 61,31 faizi proqramın əleyhinə, 38,69 faizi isə lehinə səs verib.
Baş nazir Aleksis Tsipras xalqın cəsarətli seçim etdiyini vurğulayaraq kreditorlarla danışıqlar masasına qayıtmağa hazır olduqlarını bəyan edib. O bildirib ki, ilk növbədə bank sisteminin bərpasına və borcun yenidən strukturlaşdırılmasına çalışmaq lazımdır.
Qeyd edək ki, kreditorların planında Yunanıstanda dövlət xərclərinin, xüsusən sosial ödəmələrin kəskin azaldılması, vergilərin yüksəldilməsi, borcların maliyyələşdirilməsi və borcların qismən strukturlaşdırılmasını nəzərdə tutur.
Xatırladaq ki, Yunanıstanın Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fonduna 240 milyard dollara yaxın borcu var.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb