Qaradağda üç yük maşını toqquşdu
Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Ümid qəsəbəsinin ərazisində qeydə alınıb.
İki "KamAZ" və bir "Mercedes" markalı yük avtomobilləri toqquşub. Nəticədə hər üç avtomaşının sürücüsü ağır xəsarətlər alıb. Yük maşınlarından birinin yanacağı yola dağıldığından əraziyə FHN-nin yanğınsöndürənləri də çağırılıb.
Qəzadan sonra ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hər üç avtomaşın yol kənarına çəkildikdən sonra nəqliyyatın hərəkəti normallaşıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:47
976
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1225
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1261
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1391
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2131
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2046