Gürcüstanın baş naziri Azərbaycana qarşı təxribatı pislədi
Gürcüstanın baş naziri İrakli Qaribaşvili futbol üzrə Avropa Liqası çərçivəsində keçirilən "Dinamo"(Tbilisi) - "Qəbələ"(Azərbaycan) matçından sonra baş verən hadisə ilə bağlı xüsusi bəyanatla çıxış edib.
APA-nın "Vzqlyad" qəzetinin saytına istinadən yaydığı xəbərə görə, İ.Qaribaşvili Daxili İşlər Nazirliyinə insidenti araşdırmaq barədə tapşırıq verdiyini bildirib.
Baş nazir bəyan edib ki, Azərbaycan dövləti və xalqı ilə strateji münasibətlər onun üçün çox vacibdir: “Gürcüstan hökumətinin rəhbəri kimi qəti şəkildə bildirirəm ki, kimlərinsə bu cür təxribatçı hərəkətlərlə Azərbaycanla dost münasibətlərimizə kölgə salmasına dövlət imkan verməyəcək”.
İ.Qaribaşvili DİN-dən qanunun bütün ciddiyyəti ilə fəaliyyət göstərməyi tələb edib.
Xatırladaq ki, Avropa Liqası çərçivəsində iyunun 2-də "Dinamo" (Tbilisi) və “Qəbələ” komandaları arasında keçirilən oyundan sonra bir qrup yerli fanat Azərbaycan bayrağını təhqir edib. Bundan başqa, oyun zamanı onlar stadiondan Azərbaycan ərazisinin bir hissəsini Gürcüstan ərazisi kimi göstərən banner asıblar. Daha sonra polisin müdaxiləsi ilə banner yığışdırılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb