Dilqəm Əsgərov ermənilərə meydan oxudu: "Əfv istəmirəm!"
İşğal altındakı Kəlbəcər rayonu ərazisində girov götürülmüş və qanunsuz "məhkəmə"nin qərarı ilə ömürlük həbsə məhkum edilmiş azərbaycanlı Dilqəm Əsgərov separatçı rejimin rəhbərliyindən əfv istəməyib.
APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, bunu onun üçün təyin olunmuş vəkil Erik Beqlaryan deyib. E.Beqlaryan bildirib ki, D.Əsgərovun belə bir arzusu yoxdur.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
Separatçı Dağlıq Qarabağ rejiminin oyuncaq “məhkəməsi” ötən il dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. “Apellyasiya Məhkəməsi” bu qərarı qüvvədə saxlayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb