DİN banka basqının təfərrüatlarını açıqladı
Daxili İşlər Nazirliyi Abşeronda bank filialına edilən basqının təfərrüatlarını açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, bəzi mətbuat orqanlarında hadisənin mahiyyəti təhrif olunub.
Əslində hadisə belə olub ki, qeyd olunan filialda sürücü-inkassator işləyən 1962-ci il təvəllüdlü Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək üçün filialın binasının içərisində gizlənib: "Gecə saatlarında filialda xidmətdə olan Abşeron rayon Mühafizə İdarəsinin mülki əməkdaşı Hamlet Şıxəliyev içəridən gələn səsdən şübhələnib. O, içəridə gizlənən Hikmət Əliyevi aşkar edəndə, sonuncu bıçaqla mühafizəçiyə hücum edib və onlar əlbəyaxa olublar. Bu zaman mühafizəçinin üzərindəki xidməti tabel silahı açılıb və güllə onun özünə dəyib. Mühafizəçi diz nahiyəsindən yaralanıb. Yaranmış vəziyyətdən istifadə edən Hikmət Əliyev hadisə yerindən qaçıb. Buna baxmayaraq, hadisə yerinə gələn Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Hikmət Əliyevi isti izlərlə yaxalayaraq aidiyyəti üzrə təhvil veriblər".
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb