Şəkidə 4 uşaq anasını ilan sancdı
Şəkidə 4 uşaq anasını ilan sancıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Cunud kəndində baş verib.
Kənd sakini, 44 yaşlı Fazilə Zabit qızı Əmrahova yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ilan qəfildən onun sağ əlindən sancıb. Qadın dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qohumunun sözlərinə görə, Fazilə Əmrahovanın oğlu yaxın günlərdə hərbi xidmətdən geri qayıdacaqmış və ona görə də həyətdə təmizlik işləri aparırmış. İlan da onu həmin an sancıb.
Qax MRX-dan bildirilib ki, 4 uşaq anası olan Fazilə Əmrahova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, ona lazımi tibbi yardım göstərilib və vəziyyəti hazırda orta-stabil qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR
17:47
991
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1243
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1279
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1393
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2133
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2049