Lənkəranda keçmiş Sovet ordusuna məxsus hərbi hissələrin ərazisində minatəmizləmə əməliyyatları aparılır
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyat qrupu Lənkəran şəhərində keçmiş Sovet ordusuna məxsus hərbi hissələrin ərazisində minatəmizləmə əməliyyatları aparır.
APA TV-nin cənub bürosunun məlumatına görə, şəhərin mərkəzində yerləşən keçmiş hərbi hissənin, habelə dəniz sahilində əvvəllər mövcud olmuş tank taborunun ərazisində əməliyyatlar davam edir. Bu günədək şəhərin içərisində yerləşən hərbi hissədə 6 ədəd partlamamış müxtəlif növ minaatan və top mərmiləri, 500 ədəd müxtəlif çaplı patron tapılaraq zərərsizləşdirilib
ANAMA-nın cənub bölgəsi üzrə əməliyyat meneceri Böyükağa Haqverdiyevin sözlərinə görə, dənizkənarı ərazidə hələ də ləpələrin sahilə çıxardığı minalar tapılır. Bununla əlaqədar olaraq həmin sahilyanı ərazilər təhlükəsizlik üçün çəpərlənib. Hərbi hissənin ərazisində işlər yekunlaşdıqdan sonra dəniz sahili ərazidə təmizlənmə işləri həyata keçiriləcək.
Qeyd edək ki, ölkənin cənub zonasında ayrı-ayrı ərazilərin minalardan əsaslı təmizlənməsi tədbirlərinin 2016-cı ildə həyata keçirilməsi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb