Dünya Meteorologiya Təşkilatı: İsti hava şəraiti Türkiyə və Yunanıstanda problemlər yaradacaq
Dünya Meteorologiya Təşkilatı isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
APA TV-nin məlumatına görə, BMT-nin Cenevrədəki ofisində keçirilən mətbuat konfransında təşkilat rəsmiləri bildiriblər ki, isti hava dalğası Avropanın şərqinə doğru hərəkət edir. Siklonun yaxın günlərdə Türkiyə və Yunanıstanda problemlər yaradacağı gözlənilir.
Dünya Meteorologiya Təşkilatının nümayəndələri bildiriblər ki, havanın temperaturu mövsüm normasından xeyli yüksəkdir və isti hava dalğasının Avropaya belə tez gəlişinə əhali öyrəşməyib.
Meteorologiya Təşkilatı xəbərdarlıq edib ki, yaxın günlərdə Avropada havanın temperaturu kəskin yüksələcək. Təşkilat rəsmiləri bildiriblər ki, 2013-cü ilə 70 min adamın kəskin istilər nəticəsində ölməsindən sonra Avropa 2015-ci ilin istilərinə hazırlıqlı olub.
Dünya Meteorologiya Təşkilatının məlumatına görə, İspaniya və Fransada havanın temperaturu +40 dərəcəni keçib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb