8 uşağını öldürən anaya cəmi 9 il həbs
Fransada 8 övladını qətlə yetirmiş qadına cəmi 9 illik həbs cəzası verilib.
APA-nın “The Local” nəşrinə istinadən verdiyi məlumata görə, fərdi evlərdə tibb bacısı işləyən 51 yaşlı Dominik Kottre 1989-2000-ci illər ərzində dünyaya gətirdiyi uşaqların hamısını öldürülüb.
Məlum olub ki, qadın uşaq vaxtlarından öz valideyni ilə intim münasibətdə olduğu üçün dünyaya gətirdiyi körpələrin atasının məhz onun olduğunu düşünüb və bu üzdən onları boğub. Lakin testlər göstərib ki, körpələrin atası qadının əri Pyer Mari Kottre olub.
Dominik Kottre artıq çəkidən əziyyət çəkdiyi üçün ətrafdakılar onun hamilə olduğunu bilməyiblər. Qadın uşaqları öz evində hamam otağında dünyaya gətirirmiş, sonra onları boğaraq meyitlərini evin yaxınlığında gizlədirmiş. Körpələrin bəzilərinin meyitləri qarajda, digərlərinin isə paltar dolablarında tapılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb