Bakıda ABŞ-ın dövlәt müstəqilliyinin 239-cu ildönümü qeyd olundu
Bakıda ABŞ-nın dövlәt müstәqilliyinin 239-cu ildönümü münasibәtilә qәbul keçirilib.
APA TV-nin mәlumatına görә, әvvәlcә Azәrbaycanın dövlәt himni sәslәndirilib. Daha sonra ABŞ dövlәt himninin müşayiәti ilә bu ölkənin dövlәt bayrağı sәhnәyә gәtirilib.
ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta çıxışında 239 il ərzindә әldә olunan nailiyyәtlәr barәdә danışıb. Onun sözlәrinә görә, ABŞ ikitәrəfli münasibәtlәrdә Azәrbaycanın konstruktiv iştirakını dәstәklәyir. O bildirib ki, tərəflər daha müsbәt әlaqәlәr qurmağa çalışırlar. İki ölkә arasında mövcud olan dialoq qarşıda duran gәlәcәk mәsәlәləri hәll etmәkdә onlara kömәk edәcәk.
Daha sonra çıxış edәn Azərbaycanın gәnclәr vә idman nazirinin müavini İsmayıl İsmayılov Amerika xalqına әmin-amanlıq vә firavanlıq arzuladığını bildirib. Onun sözlərinə görə, 1992-ci ildən iki ölkə arasında əlaqələr müxtəlif istiqamətlər, xüsusilə də iqtisadiyyat və təhlükəsizlik sahələrində inkişaf edir. Nazir müavini qeyd edib ki, Azərbaycan Kosovo və Əfqanıstandakı əməliyyatlarda ABŞ-a kömək edib və gələcəkdə terrorçuluqla mübarizə sahəsində ABŞ-la əməkdaşlığa hazırdır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb