“Qəbələ” Tiflisdən məğlub qayıdır
“Qəbələ” 2015/16 mövsümündə ilk matçını iyulun 2-də keçirib. APA TV-nin məlumatına görə, əyalət klubu bu mərhələnin ilk oyununu Gürcüstanın ən adlı-sanlı klubu “Dinamo”ya qarşı keçirib.
Postsovet məkanında avrokubok qazanan ikinci klub kimi tarixə düşən Tiflis təmsilçisi ilə qarşılaşma “Qəbələ” üçün ikinci qitə miqyaslı sınaq idi.
İlk hissə gərgin mübarizə şəraitində keçsə də, komandalar fərqlənə bilməyiblər. İkinci hissədə isə "Dinamo" azlıqda qalıb. Qvelesiani 51-ci dəqiqədə kobud oyuna görə meydandan qovulub.
Buna baxmayaraq, hesabı açan tərəf də meydan sahibləri olub. Ciqauri 65-ci dəqiqədə fərqlənib.
74-cü dəqiqədə Cavid Hüseynov möhtəşəm zərbə ilə matçdakı tarazlığı bərpa edib - 1:1.
Ancaq ev sahibləri 84-cü dəqiqədə Papunaşvili ilə qələbə qolunu vura biliblər.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb