İranın xarici işlər naziri: "Müsbət nəticəyə nail olacağıq"
Vyanada İran və "altılıq" ölkələri Tehranın nüvə proqramı ilə bağlı sazişin imzalanacağına ümidlidirlər.
APA TV-nin məlumatına görə, Vyanada danışıqların davam etdiyi müddətdə Tehranda razılaşmanın detallarının müzakirəsi üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amanonu gözləyirlər.
Vyanada ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşdən sonra İranın xarici işlər naziri Cavad Zərif bəyan edib: "Biz danışıqları davam etdirəcəyik və müsbət nəticəyə nail olacağıq. Biz demək olar ki, artıq bunu etmişik və gələcək əməkdaşlıq üçün heç bir imkanı əldən verməyəcəyik".
AEBA rəhbəri İran rəsmiləri ilə nüvə proqramının düzgün yerinə yetirilməsinin yoxlanılmasını və obyektlərə beynəlxalq ekspertlərin buraxılmasını müzakirə edəcək.
İranla "altılıq" ölkələri arasında sazişin iyunun 30-da imzalanması planlaşdırılmışdı. Amma tərəflər bunun vaxtını bir həftə uzadıblar. Buna səbəb sənədlərdəki bəzi həssas məsələlərin yenidən gözdən keçirilməsidir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb