"Toyota" yolda iş aparan krana çırpıldı: yaralılar var
Bakıda avtomobilin yolda iş aparan qaldırıcı krana çırpılması xəsarətlə nəticələnib. APA TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.
Prospektlə şəhər mərkəzi istiqamətində hərəkətdə olan "Toyota" markalı avtomobil yolun sağ hərəkət zolağında dayanmış qaldırıcı krana arxadan çırpılıb. Krandan işıq dirəklərindəki reklam lövhələrini sökülməsi üçün istifadə edilirmiş.
Qəzaya "Toyota"nın sürətinin yüksək olması və sürücünün diqqətsizliyi səbəb olub. Qəza nəticəsində sürücü və avtomobildəki sərnişin xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:47
1011
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1259
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1296
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1399
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2135
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2051