ABŞ səfiri eynicinslilərin nikahının rəsmiləşməsinə münasibət bildirdi
"Amerikada insan haqları yarandığı gündən daim inkişafdadır. Biz çalışırıq ki, insan haqlarını daha yaxşı təmin edək".
APA TV-nin məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Birləşmiş Ştatlarda eynicinslilərin nikahına rəsmən icazə verilməsinə münasibət bildirərkən söyləyib.
Səfir bildirib ki, ABŞ prezidentinin və Ali Məhkəmənin sədrinin dediklərindən artıq nəsə deyə bilməyəcək.
Xatırladaq ki, iyunun 26-da ABŞ Ali Məhkəməsi bütün ştatlarda eynicinslilərin nikahının qanuniləşdirilməsi ilə bağlı qərar qəbul edib. Beş hakim qərarın lehinə, dördü əleyhinə səs verib. Bu hadisəni qeyd etmək üçün Ağ Ev cinsi azlıqların bayrağı kimi qəbul edilən göy qurşağı rənglərində işıqlandırılıb. ABŞ prezidenti Barak Obama məhkəmənin qərarını Amerika üçün böyük qələbə adlandırıb, bununla ABŞ-ın bərabərlik və tolerantlığa doğru bir addım atdığını bildirib. Barak Obama qeyd edib ki, məhkəmənin qərarı amerikan cəmiyyətini bir qədər də mükəmməlləşdirib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb