İrəvanda etirazçılar yeni vətəndaş hərəkatı yaratdılar
İrəvanın mərkəzində keçirilən etiraz aksiyasının iştirakçıları yeni vətəndaş hərəkatının yaradıldığını bəyan ediblər.
APA TV-nin “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hərəkatın fəalı David Sanasaryan bildirib.
“Hələ ki hərəkatın adı yoxdur. Əsas məzmun və mahiyyətdir. Hazırda ən əsas məsələ - vətəndaş hərəkatının düzgün qurulmasıdır”, - deyə D.Sanasaryan bildirib.
Onun sözlərinə görə, artıq yeni yaradılmış hərəkatın müvafiq komitələri də mövcuddur. D.Sanasaryan “Talana yox!” aksiyasının təşkilatçılarına minnətdarlığını bildirib: “Onlar gələcək mübarizənin bünövrəsini qoydular”.
D.Sanasaryan əlavə edib ki, yeni hərəkat digər tələblər də irəli sürə bilər.
Xatırladaq ki, İrəvanda və Ermənistanın digər şəhərlərində elektrik enerjisinin bahalaşması əleyhinə kütləvi etiraz aksiyaları keçirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb