İndoneziyada təyyarə hotelin üstünə düşdü: 30 ölü
İndoneziyada dəhşətli təyyarə qəzası baş verib.
APA TV-nin məlumatına görə, ABŞ istehsalı olan "Hercules C-130" hərbi-sərnişin təyyarəsi Medan şəhərindəki hotellərdən birinin üzərinə düşüb.
Ən azı 30 nəfərin öldüyü bildirilir, ölü sayının artacağı da istisna edilmir. İndoneziya Hərbi-Hava Qüvvələrinin təmsilçisi Faud Basya bildirib ki, təyyarə Medan hərbi-bazasından qalxıb və Natuna adası istiqamətinə uçub. Hotel rəhbərliyi və hadisə şahidləri təyyarənin əvvəlcə binanın üzərində partladığını deyiblər.
Təyyarənin qalıqları ətrafda yerləşən yaşayış binalarına və elektrik ötürücüsünə də zərər vurub. Ərazidə güclü yanğın baş verib.
"Hercules C-130"ün ekipajı 12 nəfərdən ibarət olub, təyyarədə sərnişinlər də uçurmuş. Hazırda onların sayı dəqiqləşdirilir. Pilotların təyyarədə problem olduğunu anladıqları və bu səbəbdən geriyə - hərbi bazaya qayıtmaq istədikləri ehtimal olunur. Lakin təyyarə hərbi bazadan 5 kilometr aralıda yerləşən hotelin üzərinə düşüb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb