Yaponiyada sürət qatarında dəhşət: sərnişin özünü yandırdı
Yaponiyada bir vətəndaş sürət qatarında, qatar hərəkətdə olarkən intihar edib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, sərnişin özünü yandırıb.
İntihar hadisəsi qatarda olan digər sərnişinlərin gözləri qarşısında baş verib. Onlardan birinin qorxudan ürəyi dayanıb. Bir neçəsi isə ağır vəziyyətdə xəstəxanalara çatdırılıb.
Tokio-Osaka marşrutu üzrə saatda 320 kilometr sürətlə hərəkət edən qatarda təxminən 1000 sərnişin olub. Birinci vaqondakı sərnişinlərdən biri üzərinə yandırıcı maddə tökərək özünə od vurub. Bir anın içində vaqonu tüstü bürüyüb və digər sərnişinlər arasında təşviş yaşanıb. Vaqondakılardan bir nəfər "stop-kran"ı çəkməyə macal tapıb. Tokio-Naqoya şəhərləri arasındakı dəmiryolu xəttində hərəkət məhdudlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR
17:47
1094
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1344
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1376
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1412
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2139
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2058