Rayon qeydiyyatında olan maşınların Bakıya girişinə qadağa qüvvədə qalacaq
Azərbaycan paytaxtında nəqliyyat vasitələrinin sıxlığının qarşısının alınması üçün tədbirlər planı hazırlanır.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, Bakının yollarında nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən tədbirlər planı hazırlanır və hazırda həmin Komissiyada müzakirələr gedir.
K.Əliyev həmçinin bildirib ki, tədbirlər planı ilə əlaqədar müvafiq qərar qəbul edilənədək rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin, habelə yük avtomobillərinin paytaxt ərazisinə daxil olmasına tətbiq edilən məhdudiyyətlər qüvvədə qalır.
OXŞAR XƏBƏRLƏR
17:47
1094
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1340
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1376
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1412
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2139
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2058