İŞİD Yəmən paytaxtında partlayış törətdi
Yəmənin paytaxtı Sənada partlayıcı quraşdırılmış avtomobilin hərbi hospitalın yaxınlığında partladılması nəticəsində azı 28 nəfər yaralanıb.
APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, partlayışa görə məsuliyyəti "İraq Şam İslam Dövləti" terror təşkilatı üzərinə götürüb.
Yəməndə "Ənsərullah" husi hərəkatı və ordunun sabiq prezident Əli Abdulla Salehə loyal hissəsi ilə ölkədən qovulmuş preziden Əbd Rəbbu Mənsur Hadiyə tabe qoşunlar arasında silahlı toqquşmalar davam edir.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəmənin husilərin nəzarətində olan bölgələrinə hava zərbələri endirir. Əməliyyatın məqsədi şiələri hakimiyyəti Əbd Rəbbu Mənsur Hadi və onun komandasına təhvil verməyə vadar etməkdir.
Bu arada isə ərəb koalisiyasının ötən günkü hava hücumları zamanı BMT-nin Yəməndəki ofisinə ciddi ziyan dəyib. BMT-nin baş katibi Pan Gi Mun koalisiyanın təşkilatın Ədəndəki kompleksinə hava zərbələri endirməsini pisləyib. Baş katibin bəyanatında deyilir ki, hücum nəticəsində BMT-nin İnkişaf Proqramının ofisinə ciddi ziyan dəyib, mühafizəçi yaralanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb