Qus Hiddink Hollandiya millisindən qovuldu
Hollandiya millisinin baş məşqçisi Qus Hiddink tutduğu postdan uzaqlaşdırılıb. APA TV xəbər verir ki, bu barədə məlumatı Hollandiya Futbol İttifaqının saytı yayıb.
Məlumata görə, futbol ittifaqı ilə baş məşqçi arasında razılaşmaya əsasən, müqaviləyə xitam verilib.
68 yaşlı Qus Hiddink sayta açıqlamasında bildirib ki, Hollandiya millisinin baş məşqçisi olmaq böyük şərəfdir: "Təəssüf ki, belə alındı. İstəyirəm ki, mənim xələfim və məşqçilər heyəti 2016-cı ilin Avropa çempionatı yolunda uğura nail olsunlar".
Qus Hiddinkin millinin baş məşqçiliyindən uzaqlaşdırılacağı barədə xəbərlər daha əvvəl Hollandiya mətbuatında yayılmışdı. Həmin xəbərlərdə deyilirdi ki, "narıncılar"ın başına Qus Hiddinkin köməkçisi işləyən Danni Blind gətiriləcək.
Qeyd edək ki, Hollandiya millisi 2016-cı ilin Avropa çempionatının seçmə mərhələsində uğurlu çıxış edə bilmir. Komanda Türkiyə millisinin də çıxış etdiyi A qrupunda keçirdiyi 6 oyundan 10 xal toplayıb. Hollandiya yığması bu nəticə ilə turnir cədvəlinin üçüncü pilləsindədir və qrupun lideri İslandiya millisindən 5, ikinci yerdəki Çexiya millisindən isə 3 xal geri qalır.
Qus Hiddink Hollandiya millisinə ötən ilin martından rəhbərlik edirdi.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb