Xaçmazda maşın dirəyə çırpıldı: 3 yaralı
İyunun 28-də axşam saatlarında Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, qəza Xudat-Nabran yolunda qeydə alınıb.
“Daewoo Espiro” markalı avtomaşın yoldan çıxaraq dirəyə çırpılıb. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar 1978-ci il təvəllüdlü Xaçmaz rayonu, Qaqaqutlu kənd sakini Abbasov Elnur Mərdan oğlu, 1993-cü il təvəllüdlü Harunov Ümid Elşad oğlu və 1986-cı il təvəllüdlü Quba rayon sakini Hüseynov Səxavət Zal oğludur. Ümid Harunov ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər iki şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb