Patrik Hikki: "Azərbaycanın gələcəyi parlaqdır"
“Avropa Oyunlarını alovlandırılan qığılcım məhz Azərbaycanda alovlandı. Azərbaycan prezidenti İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkür edirəm”. Bu sözləri Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki I Avropa Oyunlarının rəsmi bağlanış mərasimindəki çıxışında deyib.
Patrik Hikki belə böyük layihənin reallaşmasında xidməti olan hər kəsə, o cümlədən könüllülərə təşəkkür edib: “Siz bu oyunlara, innovasiyalara açıq fikirlə yanaşdınız. Avropa atletlərinə minnətdarlıq edirəm. Siz bizə belə möhtəşəm idman bayramını bəxş etdiniz. “Rio-2016”da bütün dünyanın qarşısına çıxmağa hazırsınız. İdman bizi birləşməyə aparır. Bu, gələcəkdə Avropa Oyunlarının əsaslanacağı yarış oldu. Avropadakı dostlarıma və bütün dünyaya deyirəm ki, Azərbaycanın gələcəyi parlaqdır. Çox sağ ol Bakı, çox sağ ol, Azərbaycan!”
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb