Xaybula Musalov: “Qaliblərii mühakimə etmirlər”
“Bərabər səviyyəli döyüş oldu. Qaliblərii mühakimə etmirlər. Hər şey Allahın əlindədir, deməli, belə olmalı idi”. APA TV-nin məlumatına görə, bu fikirləri boks yarışlarında I Avropa Oyunlarının gümüş mükafatçısı olmuş Xaybula Musalov deyib.
O bildirib ki, qazandığı nəticədən tam razı deyil: “Mən əlimdən gələni etdim. Maksimalist insanam. Gümüş medal mənim üçün elə də uğur deyil. Əgər birinci deyiləmsə, ümumiyyətlə, medal almamaq daha yaxşı olardı. Təskinlikverici odur ki, dünya çempionatına vəsiqə qazandım. İnşallah, orada yaxşı çıxış etməklə, Olimpiadaya vəsiqə qazanmağa çalışacam”.
75 kq çəki dərəcəsində finalda irlandiyalı Maykl O Reylli ilə qarşılaşan boksçumuz məğlubiyyətlə üzləşib. Nəticədə Musalov yarışı ikinci pillədə başa çatdırıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb