Keçmiş polis borc üstündə qadını öldürdü
45 yaşlı Nazilə Əmrahovanın meyiti bu gün səhər saatlarında Bülbülə qabiristanlığının yaxınlığındakı Şor gölünün ərazisində aşkar edilib. APA TV-nin xəbərinə görə, qadının bədəninin müxtəlif nahiyələrində coxsaylı kəsicı və deşiçi xəsarət aşkarlanıb. Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar. Qətlə yetirilənin kimliyi müəyyən olunandan sonra hadisənin 43 yaşlı Zeynal Sadıqov tərəfindən törədildiyi müəyyən olunub.
İlkin ehtimala, görə Zeynalla Nazilə bir necə vaxtdır tanış olublar. Mərhumun Sadıqova borcunun olduğu bildirilir. Zeynal dəfələrlə qadına borcunun qaytarılmasını tələb edib. Bu gün səhər saatlarında isə görüşüblər. Mübahisə Nazilə Əmrahovaya məxsus avtomobildə yaranıb. Ehtimala görə bıcaqla ilk zərbə də qadına maşında vurulub. Hadisənin dəqiq baş vermə səbəbi istintaqın sonunda məlum olacaq.
Qeyd edək ki, Zeynal Sadıqov əvvəllər Dövlət Yol Polisində çalışıb.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov jurnalistlərə açıqlama verdi
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir