Pərviz Bağırov: “Qələbəmi anama həsr edirəm”
“Döyüş çətin keçdi. Çünki finala ən güclülər yüksəlir. Allaha şükür ki, qalib gəldim”. APA TV-nin məlumatına görə, bu fikirləri I Avropa Oyunlarının qızıl mükafatçısı, azərbaycanlı boksçu Pərviz Bağırov deyib.
O, qələbəni anasına həsr etdiyini bildirib: “Rusiyalı rəqibim güclü idmançı, Avropa çempionu idi. Ancaq mən taktikalarımla qalib gəldim. Qələbəmi ilk öncə anama, sonra da bütün tanışlarıma həsr edirəm”.
Bağırovun sözlərinə görə, dünya çempionatı öncəsi Avropa Oyunları ona əlavə təcrübə qazandırıb: “Hər bir yarış təcrübə qazandırır. Oktyabrda dünya çempionatı keçiriləcək. Avropa Oyunları həmin yarış üçün bir təcrübə verdi. Ümid edirəm ki, dünya çempionatında da qələbə qazanacağam”.
Qeyd edək ki, Pərviz Bağırov Avropa Oyunları çərçivəsində boks yarışlarında 69 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb