Albert Səlimov finalda qalib gəldi: 19-cu qızıl medal!
Avropa Oyunlarında boks yarışlarına bu gün yekun vurulur. Yarışların sonuncu günündə boks yığmamız daha bir qızıl medal qazanıb. 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Albert Səlimov final mərhələsində Fransa təmsilçisi Sofian Oumina ilə qarşılaşıb. İlk raund bərabər səviyyədə keçsə də, ikinci və üçüncü raundlarda Albert Səlimov rəqibindən üstün olub və Avropa Oyunlarının qızıl medalına sahiblənib. Bununla da boksçularımızın Avropa Oyunlarında qazandığı qızıl medalların sayı 4-ə çatıb. Albert Səlimovdan öncə Teymur Məmmədov, Elvin Məmişzadə və Lorenzo Sotomayor öz çəki dərəcələrində qızıl medal qazanıblar.
OXŞAR XƏBƏRLƏR
17:47
1112
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1372
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1396
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
16:32
1417
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:15
2144
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
2062