Azərbaycan prezidenti Sosialist İnternasionalının baş katibini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib.
APA TV-nin məlumatına görə, Sosialist İnternasionalının baş katibi Luis Ayala ölkəmizdə I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu və yarışların dünyada maraqla izlənildiyini vurğulayıb.
O, Azərbaycan idmançılarının çoxlu medal qazanmalarının önəmini qeyd edib.
Dövlət başçısı isə bu mötəbər idman yarışında Avropanın 50 Olimpiya komitəsinin, 6 minə yaxın idmançının və xeyli sayda qonaqların iştirakının əhəmiyyətini vurğulayıb.
Görüşdə birinci Avropa Oyunlarının xalqlar arasında əlaqələrin genişləndirilməsi işinə verdiyi töhfənin əhəmiyyəti qeyd olunub, Azərbaycan-Sosialist İnternasionalı əməkdaşlığının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb