Teymur Məmmədov: "Prezident məni dəstəkləyirdi"
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib.
APA TV-nin xəbərinə görə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkili Hadı Rəcəbli, olimpiya çempionu Fərid Mansurov və “Neftçi” İdman Klubunun rəhbəri Sadıq Sadıqovun qatıldığı görüşdə yarışın XIV günündə, yəni dünən medal qazanan idmançılar iştirak ediblər.
Qızıl medal qazanan boksçu Teymur Məmmədov bu yarışa çox güclü hazırlaşdığını bildirib: "Məqsədim qızıl medal qazanmaq idi. Mən bu medala layiq idim. Rəqibdən asılı olmayaraq, ən çətin birinci döyüş olur. Psixoloji cəhətdən. Ancaq döyüşdən-döyüşə açılırdım. Finalda artıq formada idim. Çətin olmadı mənə. Rəqibim güclü boksçu idi".
Azərbaycan Boks Federasiyasının rəhbərliyinə təşəkkür edən Teymur Məmmədov bildirib ki, o, komandaya qızıl medal qazandıran tək idmançı olmayacaq. Prezident İlham Əliyevin onu təbrik etdiyini deyən çempionumuz ona edilən ümidləri doğrultduğu üçün xoşbəxtdir: "Prezident məni təbrik etdi. London Olimpiadasında cənab prezident məni dəstəkləyirdi. Çox şadam ki, ona bu hissləri yaşada bildim".
MOK rəsmiləri tərəfindən qızıl medalçı Teymur Məmmədov, gümüş medalçılar Orxan Səfərov, Sevil Bünyatova, həmçinin bürünc mükafatçılar Sevinc Bünyatova və Tayfur Əliyev mükafatlandırılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb