Azərbaycan prezidenti İsmail Serageldini "Dostluq" ordeni ilə təltif edib
Azərbaycan prezidenti İlham Əliyev iyunun 26-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib.
APA TV-nin məlumatına görə, dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi göstərdiyi fəaliyyəti ilə bağlı İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünü deyib və ordeni ona təqdim edib.
İ.Serageldin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə minnətdarlığını ifadə edib, bundan böyük şərəf hissi duyduğunu deyib.
Nizami Gəncəvini Azərbaycanın bəşəriyyətə töhfəsi kimi dəyərləndirən qonaq İsgəndəriyyə Kitabxanasının Nizami Gəncəvi ilə bağlı ərəb dilində mükəmməl bir kitab hazırladığını deyib və kitabın ilk nüsxəsini prezident İlham Əliyevə təqdim edib.
İ.Serageldin bildirib ki, Mərkəzin məqsədi təkcə böyük siyasətçilərin görüşlərini təşkil etməkdən ibarət deyil. Əsas məqsəd həm də istənilən şəxsin dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi haqqında biliklər əldə etməsinə imkan yaratmaqdan ibarətdir.
Dövlət başçısı İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi İ.Serageldinin fəaliyyətini yüksək qiymətləndirib, Mərkəzin artıq böyük beynəlxalq instituta çevrilməsinin önəmini qeyd edib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb