Kolumbiyada qəzaya uğrayan təyyarədə ana və oğlunu hindular xilas edib
Beş gün əvvəl Kolumbiyada qəzaya uğrayan təyyarənin sərnişinləri olan 18 yaşlı ana və onun oğlu sağ tapılıblar.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Kibdo şəhərindən Nakui şəhəri istiqamətində uçan təyyarə Çoko rayonu ərazində cəngəlliklərə düşüb.
Mariya Nelli Murilyo adlı gənc qadın cəngəllikdə bu günlər ərzində kokos meyvələri və yağış suları ilə qidalandıqlarını bildirib. "Körpə bir az xəstələnib. Amma bu qorxulu deyil, o, normal nəfəs alır. Uşağın heç bir yerində zədəsi də qeydə alınmayıb, ürəyi də normal döyünür" - deyə həkim Karlos Librero bildirib. Ananın bədəninin bəzi yerlərində isə yanıq əlamətləri aşkarlanıb. Bu xəsarətləri o, körpəsini yanan təyyarənin alovlarından xilas edərkən alıb.
Onları təhlükəli ərazidən cəngəlliklərdə yaşayan hindu qəbilələri uzaqlaşdırıblar. Maraqlı burasıdır ki, xilasedicilər təyyarənin düşdüyü ərazidə yalnız pilotun meyitini tapıblar. Təyyarənin göyərtəsində isə heç bir ölü və yaralı aşkarlanmayıb. Bu 5 gün ərzində 14 xilasedici təyyarənin düşdüyü yerdən 10 kilometr radiusda axtarışlar aparsalar da, ana və körpəsindən başqa heç kimi tapmayıblar.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb