Orxan Səfərov: “Mənə iki medal verdilər” - VİDEO
“Hesada irəlidəydim. Son dəqiqələrdə bilmədim necə oldu, nə çatışmadı... Axırıncı dəqiqədə bir az arxayınlaşdım. Həm də, yarımfinalda zədələnmişdim”. Bu sözləri APA TV-yə açıqlamasında I Avropa Oyunlarının gümüş mükafatçısı, Azərbaycan cüdoçusu Orxan Səfərov deyib.
Nailiyyəti ilə bağlı danışan Səfərov bildirib ki, müəllimləri ilə müzakirələrdən sonra məğlubiyyətin səbəblərini müəyyən edəcəklər:
“Zədədən sonra əzildiyimi hiss etdim. Üçüncü cəriməni ala bilərdim. Risk etdim ki, rəqibimi fəndə salım. Amma özüm düşdüm. Lakin yenə də bu, mənim üçün bəhanə deyil. Rusiyalı rəqibimlə mübarizəm normal gedirdi. Bütün rəqiblərimlə əvvəlcədən qarşılaşmışdım. Mudranovla ümumi hesabımız 1:1 idi. İndi o, önə keçdi”.
Avropa Oyunları eyni zamanda Avropa çempionatı statusunu daşıdığından, Səfərov bu yarışın da gümüş mükafatçısı adına layiq görülüb. İdmançımız bununla bağlı da fikirlərini bölüşüb:
“Bizdə cüdo Rio Olimpiadasına lisenziya xalı verirdi, həm də Avropa çempionatı idi. Digər idman növlərindən fərqli olaraq, bizə iki medal verdilər. Builki Avropa çempionatını bu yarışa daxil ediblər. Buna görə də, bizdə ayrıca Avropa çempionatı olmayacaq”.
Qeyd edək ki, 60 kq çəki dərəcəsində finala qədər irəliləyən təmsilçimiz həlledici görüşdə rusiyalı Beslan Mudranova uduzaraq, ikinciliklə kifayətlənib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb