Azərbaycan prezidenti Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib
İyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib.
APA TV-nin xəbərinə görə, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoyub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib. Prezident İlham Əliyev Dəniz Qüvvələri bazasının baş planına baxıb.
Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsib. Sonra dövlət başçısı şəxsi heyətlə görüşüb.
Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlət başçısına raport verib. Prezident İlham Əliyev əsgərləri salamlayıb.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söyləyib.
Sonra dövlət başçısı Hərbi Dəniz Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanış olub.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb