İŞİD Suriyanın üç şəhərini tutdu
İŞİD bir müddət əvvəl nəzarətindən çıxan Kobani şəhəri istiqamətində yenidən hücuma keçib.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, terrorçular artıq şəhərə girib və xəstəxananı ələ keçiriblər.
Şəhərdə güclü partlayış baş verib. Avtomobildə yerləşdirilən qurğunun partlaması nəticəsində maşın havaya qalxıb. Terrorçular Deraa şəhərinə doğru xeyli irəliləyib. Dövlət televiziyası onların qarşısının hökumət qüvvələri tərəfindən alındığını bildirib.
Haseke şəhərinə daxil olmağa isə terrorçular imkan tapıb. Burada İŞİD qruplaşması ilə kürd silahlıları arasında şiddətli döyüşlər başlayıb.
Xatırladaq ki, Kobani Suriyanın şimalında, Türkiyə sərhədinə yaxın ərazidə yerləşir. Bu ilin yanvarına qədər Kobani və ətraf yaşayış məntəqələri İŞİD-in nəzarətində olub. Terrorçuları şəhərdən kürd silahlı birləşmələri çıxarıblar. Həmin döyüşlərdə İŞİD 600-dən çox döyüşçü itirib. Hazırda İŞİD-in Suriya ərazisinin 50 faizinə nəzarət etdiyi deyilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb