Rəsul Çunayevin atası: "O, erməni ilə döyüşə çıxanda çox rahat oluram"
"O, erməni ilə döyüşə çıxanda özümü çox rahat hiss edirəm. Ona görə ki, həmişə bu döyüşləri 1 dəqiqədən də tez yekunlaşdırır. Ya 23, ya da 33 saniyəyə onun işini həll edir. Mən Rəsula deyirəm ki, ay oğul, niyə belə tez bitirirsən? Deyir, ata, erməni ilə döyüşəndə mənə güc gəlir".
APA TV-nin xəbərinə görə, Birinci Avropa Oyunlarının qızıl medalçısı Rəsul Çunayevin atası Həmzət Çunayev oğlu haqqında danışarkən belə deyib.
4 yaşından oğlunu güləşə yazdıran Həmzət müəllim deyir ki, oğlunun döyüşlərini Balakəndə televizordan izləyib: "Rəsul finala çıxanda mən çox sevindim, həm də həyəcanlandım. Amma arxayın idim ki, medal götürəcək. Ona görə ki, çox hazırlaşmışdı. Yoldaşım Rəsula dəstək olmaq üçün Bakıda idi. Mən Balakəndə evdə idim. Qohum-qonşular, bacılarım yanımda idi. Medal götürəndə hamı məni qucaqladı. Mən istədim ki, onun məşqçisinə zəng edim, ancaq telefonumun zəngləri dayanmaq bilmirdi".
Rəsulun doğulduğu rayonda böyük coşğu ilə qarşılandığını deyən atası onlara göstərilən diqqət üçün təşəkkürünü bildirib.
Erməni idmançını məğlub edərək bürünc medal qazanan 20 yaşlı Elman Muxtarovun atası isə deyir ki, oğlunun rəqibi güclü olsa da, o, uğur qazanmağı bacarıb: "Elman onu 9:1 hesabı ilə məğlub etdi. Çox hazırlaşmışdı Elman. İnanıram ki, o, dünya çempionu da adını qazanacaq".
Elmanın döyüşlərini hər zaman zaldan izlədiyini deyən atası döyüşdən əvvəl oğluna məsləhətlər verir: "Mən özüm idmançı olmuşam. güləşlə məşğul olmuşam. Məsləhət bilmişəm Elman da güləşçi olsun. O da gəldi, doğrultdu. O, həmişə mənim məsləhətlərimlə döyüşür".
Qeyd edək ki, bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının medal qazanan idmançıların valideynləri ilə görüş keçirilib, onlara hədiyyələr təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb